29 May, 2015
"İrəli" sədri İTV Yayım Şurasının üzvü oldu

MirHəsən Seyidovun İTV-ninYayım Şura üzvlüyünə namizədliyi təsdiqlənib.

İrəli İB-dən Simsar.az-a verilən məlumata görə, qərar Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasda gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, İTV-nin Yayım Şurasının ümumilikdə 9 üzvü var. Seçiləcək üzv 6 il müddətinə seçiləcək və gəncləri təmsil edəcək. Eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə də məşğul olacaq.

Xatırladaq ki, MirHəsən Seyidov ictimai fəaliyyətinə 2005-ci il başalayıb və 2014-cü il 27 iyun tarixindən “İRƏLİ” İctimai Birliyinin sədridir.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!