29 May, 2015
Azərbaycan 291 idmançı ilə təmsil olunacaq - Bakı-2015

Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətində yer alacaq idmançıların sayı açıqlanıb. Simsar.az xəbər verir ki, Azərbaycan komandası iyunun 12-28-də keçiriləcək yarışda 291 idmançı ilə təmsil olunacaq.

Millinin tərkibinə 150 rəsmi də daxil olacaq. Bunlar məşqçilər korpusu və digər rəsmi şəxslərdir.

Komandanın nümayəndə heyətinin rəhbəri isə Könül Nurullayeva olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!