29 May, 2015
"Nemtsov cinayətində" yeni İPUCU

Rusiyalı siyasətçi Boris Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb.

Simsar.az-ın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, tapança “Şimal” xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb.

Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov” tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!