29 May, 2015
İTV yüngül verilişlərə çox yer verir - Deputat

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında millət vəkili Nizami Cəfərov deyib. O bildirib ki, bu məsələ komitəsdə müzakirə olundu: “İTV-nin çox böyük təcrübəsi var. Lakin yüngül verilişlərə çox yer ayrılır. Təklif edirəm ki, sadəcə dəqiq verilişlərə daha çox yer verilsin. İTV həm də vaxtaşırı olaraq hesabat versin. Bununla da qarşılıqlı etimad olsun”. Millət vəkili Fazil Mustafa da hesabat verilməsi fikrini dəstəkləyib: “Heç bir halda cəmiyyət qarşısında onların çıxışını görmədim. İTV-nin çıxışını bir az da gücləndirmək lazımdır. Bu formal hal daşımamamlıdır. Təklif edirəm ki, ictimai nəzarətə mane olan hadisələrə qarşı müəyyən normativ aktlar qəbul edək”. Millət vəkili Fuad Muradov deyib ki, yayım şurasının üzvü olaraq, hər il biz hesabat təqdim edirik: “Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Ancaq bu bir tv-dən başlaya bilməz. Ona görə televiziyaya qarşı nəzarət güclənməlidir”. Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, kimsə pul qazanır və sonra camaatı atır odun içinə: “Niyə biz bunu müzakirə etməyək?” O qeyd edib ki, bizə İTV ilə bağlı sənəd veriblər və o sənəd çıxarış formatındadır: “Bu məktub formasında olmalıdır. Bunun Milli Məclisə nə dəxli var? Mən vaxıram ki, bunun televiziyaya heç bir dəxli yoxdur. İş yerləri və təhsili televiziyadan uzaq olan adamları bu sənəddə təqdim ediblər. Televiziyalarımız ona görə də, indiki vəziyyətdə narazılıq doğurur. Televiziyalarda dəfələrlə tənqidi materaillar səslənir. Bəs hansı nəzərə alınır?”

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!