29 May, 2015
Aysel Əlizadə Türkiyə səhnəsində - Foto

Hazırda Türkiyədə olan müğənni Aysel Əlizadə yerli ulduzların da qatıldığı məclislərin birində iştirak edib. Simsar.az xəbər verir ki, qardaş ölkədə yaşayan dostlarından birinin doğum gününə dəvət alan sənətçi gecəni Bülənt Ərsoy, Ferman Toprak, Ankaralı Coşkun, şoumen Mehmet Ali Erbil və başqaları ilə bölüşüb. Ulduzlarla əylənib, qonaqlarla birlikə mahnılar ifa edən Aysel Əlizadə səfərinin məqsədinin doğum günü ilə bitmədiyini söylədi. Yaradıcılıq yenilikləri vəd edən sənətçi xanım Türkiyə ilə nəzərdə tutulan əməkdaşlığı barədə tezliklə açıqlama verəcək.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!