29 May, 2015
Azərbaycan millisinin rəqibinin heyəti bəlli oldu - Foto

Azərbaycan yığmasının Avro-2016-nın seçmə mərhələsindəki daha bir rəqibi Maltanın heyəti açıqlanıb. Simsar.az xəbər verir ki, baş məşqçi Pietro Qedin 24 oyunçuya dəvət göndərib.

Malta yığması iyunun 8-də Litva ilə yoxlama, 12-də isə Bolqarıstanla seçmə mərhələ görüşündə üz-üzə gələcək.

Malta millisinin heyəti belədir:

Qapıçılar: Jüstin Haber (“Birkirkara”), Henri Bonelyo (“Hibernians”), Qlen Zammit (“Slima”)
Müdafiəçilər: Andrey Aquis, Kleyton Failya (hər ikisi “Hibernians”), Klifford Baldaçinno, Aleks Muskat (hər ikisi “Sloma”), Kliv Brinkat (“Balzan”), Rayn Kamilyeri (“Valletta”), Edvard Errera, Zaç Muskat, Jozef Zerafa (hamısı “Birkirkara”)
Yarımmüdafiəçilər: Roderik Briffa (“Valletta”), Byorn Kristensen (“Hibernians”), Stiv Pizani (“Floriana”), Andre Şembri (“Omoniya”, Kipr), Pol Feneç, Rouen Muskat, Rayn Skiçluna (hamısı “Birkirkara”), Firas Abules (“Tarşin”)
Hücumçular: Endi Kohen (“Hibernians”), Alfred Effionq (“Qormi”), Maykl Mifsud (“Slima”), Terençe Vella (“Naşar”)

Qeyd edək ki, Malta millisi martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda yığmamızla qarşılaşmış və 0:2 hesabı ilə məğlub olmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!