29 May, 2015
Zəncirvari qəza - Bakıda

Mayın 28-də Bakıda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Simsar.az-ın məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Seyid market”in qarşısında 2 “VAZ”, “Mercedes E Class” və “Opel” markalı 4 avtomobil toqquşub. Nəticədə “VAZ 2110” markalı avtomobildə olan 2 nəfər xəsarət alıb.

Qəza nəticəsində ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!