29 May, 2015
“Mançester Siti” “Real” və “Milan”a rəqib oldu - Foto

“Premyer Liqa” klubu Unai Emerini komandanın başına gətirmək istəyir.

Simsar.az “AS” qəzetinə istinadən xəbər verir ki, Manuel Pelleqrini ilə yollarını ayırmaq istəyən “Mançester Siti”, artıq baş məşqçi postuna namizəd də tapıb. “Sevilya” ilə Avropa Liqasını qazanan Unai Emeri ilə yaxından maraqlanan ingilis klubunun ispaniyalı mütəxəssislə danışıqlara başladığı deyilir. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Emeri növbəti mövsümdən “Premyer Liqa”da fəaliyyət göstərəcək.

Qeyd edək ki, 43 yaşlı mütəxəssislə “Real Madrid” və “Milan” da yaxından maraqlanır.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!