29 May, 2015
Uşaqları zorlayan müəllim edam olundu - Çində

Çinin Qansu əyalətində 26 uşağı zorlamış pedofil müəllim edam olunub.Simsar.az-ın  “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çində ölüm hökmünə dair qərarları təsdiqləyən Ali Xalq Məhkəməsinin məlumatında bildirilib.

Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunub ki,  Li Tsişun adlı müəllim 2011-2012-ci illərdə 4-11 yaşlarında olan 26 uşağa qarşı seksual  xarakterli zorakılıq hərəkətlərinə yol verib.

Məlumatda həmçinin daha 4 pedofilə qarşı  hökm çıxarıldığı bildirilir. Onlardan daha biri ölüm cəzasına məhkum edilib.

Son zamanlar Çində bu tip cinayətlərin sayının artdığı bildirilir. Belə ki, 2012-2014-cü illərdə bu ölkədə pedofiliya ilə bağlı 7145 cinayət qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!