29 May, 2015
Xanəndələrimiz Türkmənistanda ayaqüstə alqışlandı - FOTO

Simsar.az xəbər ki, Azərbaycanın iki sevilən xanəndəsi əməkdar artist Təyyar Bayramovla Gülay Zeynallı "28 may Respublika Günü" münasibəti ilə Türkmənistanın paytaxtı Aşqabadda möhtəşəm konsert proqramı ilə çıxış ediblər. İki saatdan artıq davam edən konsertdə yüzlərlə həmyerlimiz qarşısında oxuyan Gülay, xoş təəssüratlarını oxucularımızla belə bölüşdü:

"Bu möhtəşəm bayram konserti Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin təşəbbüsü ilə baş tutdu.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,əməkdaşları iştirak edirdilər. Mən və Təyyar Bayramovun çıxışı Türkmənistanda yaşayan həmyerlilərimiz üçün sözün həqiqi mənasında unudulmaz bayrama çevirildi. Səhnədə bizi tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusubov müşayiət etdi.

Hər ikimizin çıxışı məkana toplaşan tamaşaçılar tərəfindən ayaqüstə, sürəkli alqışlarla qarşılandı. Həm Təyyarın, həm də öz adımdan sənətimizə yüksək dəyər verən insanlara təşəkkür edirəm. Yaşasın Azərbaycanımız".

Bayram konsertini əks etdirən fotoları oxucularımıza təqdim edirik.

Şahin Cavadsoy Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!