29 May, 2015
Bakıda möhtəşəm şənlik keçirilib

Mayın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 28 May – Respublika Günü münasibətilə rəngarəng bayram konserti təşkil edilib.

Simsar.az anspress-ə istinadən xəbər verir ki, saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqlar respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

Dənizkənarı Milli Parka toplaşanlar Bakı səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını maraqla seyr ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!