29 May, 2015
“Maşın”ın qalibi elan olundu - FOTO+VİDEO

ANS-də yayımlanan “Maşın” realiti-şousu sona çatıb.

Simsar.az xəbər verir ki, avtomobildən ilk əlini çəkən müğənni Samir Cavadzadə olub. O, ayaqlarında yaranan şişkinlik səbəbilə hətta xəstəxanaya aparılıb.

Daha sonra isə meyxanaçı Rəşad Dağlı həkim məsləhəti ilə böyrəklərindəki problemə görə yarışı tərk edib.

48 saatlıq mübarizədən sonra müğənni Xatirə İslam “Opel” maşınının sahibi olub. “Maşın”ın sonunda Xatirə sənət yoldaşlarını da maşında oturmağa dəvət edərək studiyadan çıxıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!