27 May, 2015
Rusiya iki günə 4 ölkəni tuta bilər

Baltikyanı ölkələrin və Kiyevin ələ keçirilməsi üçün Rusiyaya cəmi 2 gün vaxt lazımdır.

Simsar.az-ın məlumatına görə, bu barədə NATO hərbi komitəsinin rəhbəri Pyotr Pavel açıqlama verib.

NATO rəsmisi bu bəyanatı Praqada keçirilən "Bizim təhlükəsizlik" konfransında edib.

Pyotr Pavel bildirib ki, NATO Rusiyanın hücumuna təcili şəkildə reaksiya verə bilməyəcək. Buna səbəb Alyansa üzv 28 ölkənin mövqeyini müəyyən etmək üçün vaxt aparmasıdır.

Onun sözlərinə görə, NATO-nun Rusiya ilə müharibəyə başlaması o qədər də sadə deyil. Moskva nüvə silahlarından istifadə edə bilər.

Bundan əvvəl NATO baş katibi bəyan etmişdi ki, Alyans Rusiyanın nüvə silahından istifadə edəcəyindən narahatdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!