27 May, 2015
"Maşın"da böyük oyunun üstü açıldı

ANS-in efirində yayımlanan “Maşın” realiti şousunun finalında sirlər açılıb.

Simsar.az-ın məlumatına görə, meyxanaçı Rəşad Dağlının şoudan uzaqlaşdırdığı stilist Anar Ağakişiyev finala qalanların əvvəldən hər şeyi planlaşdırdığını deyib:

"Mən bilməzdim ki, Samir Cavadzadə əvvəlcədən elə Rəşad Dağlı ilə birgə hərəkət edibmiş".

Samir Cavadzadə Anar Ağakişiyevin dediklərini təsdiq edərək stilisti aldatdığını dolayısı ilə təsdiq edib: "Anar mənə dedi ki, Rəşada özünü dost kimi göstər. Bu yolla onun fikirlərini öyrənək. Anar yanılmışdı".

Rəşad Dağlı isə deyilənləri əhəmiyyətsiz sayıb.

Ən maraqlı məqam isə odur ki, maşın ətrafında qalan Samir Cavadzadə və Rəşad Dağlı Xatirə İslama psixoloji təzyiq edərək ondan getməsini istəməsidir...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!