27 May, 2015
Hacı İbrahim azadlığa buraxıldı

Banklardan götürdüyü kreditləri qaytarmamaqda ittiham olunaraq saxlanılan oliqarx Hacı İbrahim Nehrəmli bu gün azadlığa çıxıb.

Simsar.az xəbər verir ki, bu barədə virtualaz.org saytına iş adamının yaxın dostu Tofiq İsmayılov məlumat verib.

Qeyd edək ki, Hacı İbrahim mayın 12-dən etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılırdı.

Ondan Azərbaycan Beynəlxalq Bankına olan kredit borclarını vaxtından əvvəl qaytarmaq tələb olunurdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!