27 May, 2015
“Avropada xristianlıq məğlub oldu” - Vatikan

“İrlandiyada eynicinslilərin evlənməsinin leqallaşdırılması insanlığın məğlubiyyətidir”.

Simsar.az xəbər verir ki, bu sözləri “Faynenşl Tayms” qəzetinə müsahibəsində Vatikanın Dövlət katibi kardinal Petro Parolin söyləyib.

Onun sözlərinə görə, kilsə məhz bunun üçün öz fəaliyyətini aktivləşdirməlidir:

“Mən bu refenrendumun nəticələrindən çox məyusam. Əslində, fikirləşirəm ki, biz artıq xristian prinsiplərinin, ümumiyyətlə, insanlığın məğlubiyyətindən danışmalıyıq”.

Qeyd edək ki, bir müddət öncə İrlandiyada keçirilən referendum nəticəsində əhalinin 67%-i eynicinslilərin evlənməsinin leqallaşdırılmasına razılıq verdiyini bəyan etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!