27 May, 2015
Kedira rəsmən “Yuventus”da

“Qoca sinyora” ilk transferini həyata keçirib. Simsar.az “Tuttosport”a istinadən xəbər verir ki, Madrid “Real”ı ilə müqaviləsi başa çatan Sami Kedira növbəti mövsümdən “Yuventus”un şərəfini qoruyacaq. Futbolçu Turin təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2010-cu ildən “Kral klubu”nun şərəfini qoruyur.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!