27 May, 2015
Muğam ifaçısının oğlu hamını heyərtləndirdi – Video

Xanəndə, “Xalq ulduzu” yarışmasının qalibi Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov ATV telekanalında yayımlanan “Özünü tanıt” layihəsinin ulduzlarından olub. Simsar.az xəbər verir ki, layihənin növbəti seçim turunda 14 yaşlı Kamran münsiflər heyətini heyərtləndirib. Amerikalı pop-ulduz Beyonsun hitlərindən olan “Listen” mahnısını ifa edən Kamran istedadı və səs imkanlarını bacarıqla nümyaiş etdirib. Tamaşaçılarla bərabər “Özünü tanıt” şousunun münsiflər heyətinin üzvləri şoumen əməkdar artist Murad Dadaşov, xalq artisti Aygün Kazımova və reper ABD Malik onu ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, K. Məmmədov M. Rastropoviç adına musiqi məktəbində xalq artisti Rauf Babayevin tələbəsidir.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!