27 May, 2015
İngilislərdən “Benfika”ya 30 milyonluq TƏKLİF

“Qırmızı şeytanlar” Qaytanın transferində maraqlıdırlar.

Simsar.az “Daily Mirror”a istinadən xəbər verir ki, “Mançester Yunayted” “Benfika”nın yarımmüdafiəçisini heyətinə qatmağa çalışır. Artıq Portuqaliya klubu ilə ilkin razılğa gələn “Premyer Liqa” təmsilçisinin Nikolas Qaytanın keçidi üçün 30 milyon avro ödəyəcəyi deyilir. Futbolçunun yaxın günlərdə İngiltərəyə gedəcəyi bildirilir.

Qeyd edək ki, 2010-cu ildən “Benfika”nın şərəfini qoruyan 27 yaşlı futbolçu 127 oyunda 21 dəfə fərqlənməyi bacarıb.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!