27 May, 2015
“Kapital Bank”da istefa - Mircamal Paşayev işdən çıxdı

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Simsar.az xəbər verir ki, bankdan fins.az-a verilən məlumata görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!