27 May, 2015
Yəmənin hərbi dəniz limanı bombalandı

Yəmənin Xodeyda şəhərində yerləşən hərbi dəniz limanı ərəb koalisiyası tərəfindən bombalanıb.

Simsar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Agentliyin məlumatına görə, bombardman nəticəsində Yəmən Hərbi Dəniz Qüvvələrinə məxsus olan iki hərbi gəmi məhv edilib. Bundan başqa, bombardman nəticəsində Yəmənin “Bilqis” gəmisi də çevrilərək batıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!