27 May, 2015
Bakıdakı bəzi parkomatlar işləməyəcək - RƏSMİ

Bir neçə gündür ki, mediada şəhərin mərkəzi küçələrində quraşdırılmış yeni parkomatların sökülməsi və bunun I Avropa Oyunları ilə bağlı olması barədə məlumatlar yayılır.

Simsar.az xəbər verir ki, Bakı şəhər  İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi məsələyə aydınlıq gətirib. İdarənin rəisi Həsən Abdullayev bildirib ki, şəhərin mərkəzi küçələrində parkomatlar nəinki yığışdırılmır, əksinə onların sayı artırılır: “Mətbuatda dərc olunan şəkillər çıxarılan parkomatların qalığı yox, quraşdırılan yeni parkomatların bir hissəsidir. Sürücülər adi vaxtlarda olduğu kimi, I Avropa Oyunları zamanı da onlar parkomat olan yerlərdə avtomobil saxlaya biləcəklər. Şəhərin bəzi mərkəzi küçələrində isə I Avropa Oyunları ilə bağlı yol yaxınlığındakı parkomatlar isə yarışlar zamanı müvəqqəti işləməyəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!