27 May, 2015
Əməkdar artist yeni klipini təqdim etdi – VİDEO

Dövlət opera və balet teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yeni klip çəkdirib. Simsar.az xəbər verir ki, ekran işi  “Sən öyrəymisən” lirik mahnısına çəkilib. Mahnının sözləri müğənni və bəstəkar Elza Seidcahana, musiqisi isə Əli Vəkiloğluna aiddir.
Klipin çəkilişini İctimai Televiziyasının istedadlı rejissoru Aydın AS üstələnib, operator – İlkin Şirinli, montaj – Elnur Ehtiramoğlu, stilist-vizajist – Elnur Həsənov.

Qeyd edək ki, əməkdar artist və rejissor klipden razı qalmış və iş birliyini davam etdirəcəklərini bildirmişlər. Klip çəkilişləri Bakının göstərişli yerlərində və Xəzər dənizin sahilində keçirilib.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!