27 May, 2015
“Bakı bulvarı”ında atışma - 4 yaralı

Bu gün gecə saatlarında Moskvanın “Bakinskiy bulvar” restoranında silahlı atışma olub, 4 nəfər yaralanıb.

Simsar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yaralılar R.Mustafayev, R.Bayramov, M.Ramazanov və A.Maqemedov reanimasiyaya yerləşdiriliblər.

İnsident baş verən zaman orada olan şəxslərdən birinin sözlərinə görə, atəş avtomobildən düşən qara paltarlılar tərəfindən açılıb.

Hazırda polis baş vermiş insidentin səbəblərini araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!