27 May, 2015
Avtobus kamazla toqquşdu - Yaralılar var

Avtobus yük avtomobillərinə çırpılıb

Bu gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən “Otoyol” markalı marşrut avtobusu "KamAZ" və “Shacman” markalı yük avtomobilləri ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin ağır xəsarət alıb.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri xeberle.com saytı yayıb

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!