27 May, 2015
Tələbələr “ATA yard” sahəsində olub

Bakı Ali Neft Məktəbinin (BANM) BP şirkəti ilə əməkdaşlığı çərçivəsində BANM-in II və III kurs tələbələrinin BP şirkətinin “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsinə səfəri təşkil edilib.

Simsar.az daxil olan məlumata görə, səfərdən öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələrlə görüşüb. Rektor Bakı Ali Neft Məktəbinin bir sıra beynəlxalq və yerli şirkətlərlə əlaqələrindən söz açaraq, BANM-in BP şirkəti ilə əməkdaşlığından danışıb.

Elmar Qasımov BP ilə yanaşı, digər transmilli şirkətlərdə də BANM tələbələrinin təcrübə keçəcəklərini vurğulayıb. Sonra tələbələr “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsinə yola salınıb.

Səfər zamanı layihə meneceri Rəhman Rəhmanov, layihə mühəndisləri Yaşar Məmmədov və Rüstəm Kərimov təqdimatla çıxış ediblər. Tələbələrə “Şahdəniz – 2” layihəsi və platformalar haqda geniş məlumat verilib.

Sonda səfər brifinqlə yekunlaşıb.

Qeyd edək ki, səfərin məqsədi tələbələri istehsalat sahələri ilə yaxından tanış etmək, onların təcrübi biliklərini artırmaqdır. BANM tələbələri “ATA yard” sahəsinə səfər edən ilk tələbələrdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!