27 May, 2015
Avropa Liqasında final HƏYƏCANI

Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək. Simsar.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada baş tutacaq həlledici matçda “Dnepr” və “Sevilya” üz-üzə gələcək.


İlk dəfə Avrokuboklarda finala yüksələn Dnepropetrovsk təmsilçisi “Dinamo” və “Şaxtyor”un ardından Avroliqada qalib olan 3-cü Ukrayna klubu olmaq arzusundadır.

İndiyədək kuboku 3 dəfə başı üzərinə qaldıran “Sevilya” isə növbəti dəfə bu uğuru təkrarlasa, Avroliqa yarışlarında ən çox qalib olmuş komanda kimi tarixə düşəcək.

Avropa Liqası

Final

27 may

23:45. “Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Varşava (Polşa). Milli stadionu


Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!