26 May, 2015
“Qızıl Palma” "Erran"a verildi - Foto

68-ci Kann kinfestivalının mükafatlandırma mərasimi keçirilib. Simsar.az xəbər verir ki, Fransanın  Kann şəhərində  Kruazet sahilində  reallaşan təntənəli mərasimdə “ Qızıl Palma”  budağı  Jak Odiarın "Erran" filminə təqdim edilib.

Bu fransalı rejissorun ikinci Kann mükafatıdır. Bundan əvvəl o,  "Heç kəsin tanımadığı qəhrəman" filminə görə “Qızıl Palma”ya sahib olub.
Macar rejissor Laslo Nemeşin "Saulun oğlu" filmi kinofestivalın Qran-prisini qazanıb. Ən yaxşı aktyor "Bazar qanunu" filmində oynayan Vensan Lindon seçilib. Ən yaxşı qadın roluna görə mükafatı öz aralarında Runi Mara ("Kerol") və Emmanuel Berko ("Mənim kralım") bölüşüblər. Meksikalı Mişel Franko "Xronik" filminə yazdığı ssenariyə görə mükafat qazanıb.

Yunan rejissor Yorqos Lantimos ilk ingilisdilli filmi "Lobster"ə görə Kann kinofestivalının münsiflər mükafatını qazanıb. Burada baş rolun Kolin Farrel ifa edib. Fransalı rejissor Anyes Varda dünya kinomatoqrafının inkişafına verdiyi töhfəyə görə “Qızıl Palma” budağına layiq görülüb.

Ümidə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!