26 May, 2015
Ramzan Kadırov döyüş filminə çəkildi - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov “Kto ne ponyal, tot poymet” (“Kim alnamırsa, o anlayacaq”) döyüş filmində baş rola çəkilib. Simsar.az saytı xəbər verir ki, bu barədə məlumatı Kadırov öz İnstagram səhifəsində yerləşdirib.

Filmin 30 saniyəlik treylerini də şəxsi səhifəsində yerləşdirən respublika rəhbəri çəkilişlərin başa çatdığını da xəbər verib. Kadırov filmin adı açıqlanmayan Hollivud rejissoru tərəfindən çəkildiyini yazıb:

“Bu uzun danışıqlardan sonra baş roluna çəkilməyə razı olduğum döyüş filmidir. Ayrı səhnələr artıq çəkilib. Rejissor isə məşhur Hollivud filmlərinin rejissorudur. Filmdə bir çox dünya ulduzları da çəkilib. Müəlliflər əmindir ki, film böyük uğur qazanacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!