26 May, 2015
Əfqanıstanda intihar hücumu - 5 ölü var

Əfqanıstanın Vardak şəhərində intihar hücumu təşkil edilib.

Simsar.az habertürk-ə istinadən xəbər verir ki, ədliyyə binasının qarşısında təşkil edilən hücumda iki polis dünyasını dəyişib, üç vətəndaş yaralanıb.

Vardan Qubernatorluğu nümayəndəsi Ataullah Hogyanay xəbəri təstiqləyib. Hogyanay partlayışdan sonra binaya girməyə çalışan üç nəfərin də polis tərəfindən öldürüldüyünü açıqlayıb.

Hücumu heç bir terror qurumu öz üzərinə götürməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!