26 May, 2015
Hollivud aktyoru ilə görüş satılıb - Foto

Dünya şöhrətli Hollivud aktyoru ilə görüş hərraca çıxarılıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, hərracda DiKaprio ilə onun yaxtasında şam yeməyi satılıb. Məşhur aktyorla şam etmək istəyən 280 min dollarından keçib. Bununla yanaşı, L. D.Kaprionun şəxsi əşyalarına da sahib çıxamaq istəyənlər olub. Aktyorun  şəxsi kolleksiyasından olan Benksinin əl  işlərindən biri  də hərracda satılıb.

ABŞ-da təşkil edilən hərracda  Ceff Kunsun "Rəngləmə-kitab" heykəli, kolumbiyalı rəssam Fernando Boteronun heykəli, Endi Uorholun müəllifi olduğu Elizabet Teylorun portreti, eləcə də dizayner ziyafət geyimlərindən ibarət kolleksiyası da satılıb. Bu il kolleksiya 30 milyon dollar toplayıb, bu isə ötən ilki məbləğdən 8 miyon dollar azdır. Hərracdan toplanan vəsait QİÇS-lə mübarizəyə yönəldiləcək.

Xatırladaq ki, hər il keçirilən amFAR xeyriyyə hərracında ötən il Leonardo DiKaprio ilə kosmosa uçuş milyon dollara satılıb.
Qeyd edək ki, amFAR-ı 1993-cü ildə Elizabet Teylor təsis edib.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!