26 May, 2015
Klub prezidentinin atası həbs olundu - Borcla bağlı

Beynəlxalq Bankdakı kredit qalmaqalı ilə bağlı Bakıda daha bir iş adamı həbs olunub.

Simsar.az rekord.az-a istinadən xəbər verir ki, həmin şəxs “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdur.

Ratmir Bəkirovun vəkili Kamandar Nəsibov açıqlamasında bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bəkirov dələduzluq maddəsi ilə ittiham edilir. 

Qeyd edək ki, Ratmir Bəkirov "Simurq" klubunun prezidenti Anar Bəkirovun atasıdır. Anar Bəkirov da bir neçə gün öncə saxlanılaraq ifadə vermişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!