26 May, 2015
Mübariz Mənsimovun tankeri saxlanıldı - Ukraynada

Ukraynanın İzmail şəhərində azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti olan “Palmali”yə məxsus tanker saxlanılıb.

Simsar.az azvision.az-a istinadən xəbər verir ki, tankerin saxlanmasına səbəb onun qadağan olunan Krım limanlarına daxil olmasıdır.

Məlumata əsasən il ərzində Krım limanlarına 15 ölkədən 165 ticarət gəmisi daxil olub. Bu gəmilərdən 44-ü birbaşa olaraq Türkiyə ilə bağlıdır. Bütün bu gəmilər Türkiyədən olan operatorlar və ya sahibkarlara məxsusdur.

Ukraynanın ərazi bütövlüyünü pozan şirkətlər arasında azərbaycanlı oliqarx Mübariz Mənsimova məxsus “Palmali” şirkəti liderlik edir.

Krım sahillərində “Palmali” şirkətinə məxsus yeddi gəminin üzdüyü qeydə alınıb. Onlardan yalnız “Palflot 5” gəmisi Krıma 6 dəfə yük daşıyıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!