26 May, 2015
Ermənistan idmançılarının xərcini özü ödəyəcək - Avropa Oyunlarında

Ermənistanı Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında 25 idmançı təmsil edəcək.

Simsar.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan məlumat verib. Onun sözlərinə görə, idmançılar taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşində özlərini sınayacaqlar. Rostomyan hazırda təhlükəsizlik və təşkilati işlərdə hər hansı problem olmadığını bildirib. O, ilk qrupun Bakıya iyunun 10-da gələcəyini deyib. Baş katib vurğulayıb ki, Azərbaycan bütün xərcləri öz üzərinə götürsə də, erməni nümayəndə heyətinin bütün xərclərini MOK-un prezidenti Qaqik Çarukyan həll edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!