26 May, 2015
Ermənistanda güclü partlayış: Yaralılar var - Foto

Ermənistanda yanacaq doldurma məntəqəsində partlayış baş verib.

Simsar.az-ın məlumatına görə, hadisə Armavir vilayətinin Zvartnos kəndində qeydə alınıb. Partlayış nəticəsində azı 3 nəfər yaralanıb.

İlkin məlumatlara görə, partlayışa səbəb kompressor stansiyası olub. Nəticədə "Volksvagen" markalı maşın partlayıb. Araşdırmalar zamanı məlum olub ki, partlayan maşın Ermənistan parlamentinin sabiq deputat Akop Akopyanın qohumuna məxsus olub. Partlayış zamanı Akopyanın oğlu və qardaşı da yaralanıb.

Bəzi məlumatlara görə, stansiya Akopyana məxsusdur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yaralılar isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!