26 May, 2015
Qənirə Paşayeva: “Halaldı sənə, dəyərli bacım” – VİDEO

Erməni diasporundan Klaude Mutafyan, Dağlıq Qarabağ həqiqətini xatırladan azərbaycanlı qadını təhqir edib.

Simsar.az xəbər verir ki, Fransanın paytaxtı Parisin 5-ci Bölgə bələdiyyə binasında ifrat millətçi və irqçi ermənilər tərəfindən, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın işğalına haqq qazandırılan iclasda Azərbaycan vətəndaşının verdiyi sual, qarşı tərəfin reaksiyasına səbəb olub.

Belə ki, bir Azərbaycan vətəndaşı, tədbir iştirakçılarına Dağlıq Qarabağ məsələsində BMT-nin qəbul etdiyi qərarları xatırladanda (Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılma qərarları) “tarixçi” Klaude Mutafyan azərbaycanlı qadının üzərinə hücum çəkib.

Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva Fransada Azərbaycanın haqq səsini ucaldan xanım haqqında “facebook” səyfəsində şərh yazıb:

“Budur bunların iç üzü. Halaldı sənə, dəyərli bacım və dostum. Fransada qorxmadan erməni yalanlarının danışıldığı toplantıya qatılıb, əsl gerçəklikləri üzlərinə söyləmək böyük cəsarət istər.Var ol. Hər yerdə gənclərimiz,insanlarımız sənin kimi olmalıdırlar.Yalanlara imkan verməməli, gerçəkləri söyləməlidirlər. O dəqiqə iç üzləri ortaya çıxır”.

Hüseyn

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!