26 May, 2015
Azərbaycan beynəlxalq müsabiqəyə qatılacaq

4-5 iyun  tarixində Almatı şəhərində MDB-yə üzv dövlətlərin XIII Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin münsiflər heyətinin iclası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, MDB-yə üzv dövlətlər arasında ənənəvi olaraq hər il keçirilən bu müsabiqədə ölkəmizdə işıq üzü görən  kitablar uğurla iştirak edir və böyük nailiyyətlər qazanır.

Nazirlikdən bildirilir  ki, bu ildə həmin müsabiqədə ölkəmizin növbəti dəfə iştirakını təmin etmək məqsədilə MDB-nin "Dövrü mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura"sının üzvü Çingiz Əliyev iştirak edəcək.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!