26 May, 2015
Həbs olunan şəxsin şairlə əlaqəsi yoxdur - Sabirin nəvəsi

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli şairin nəticəsinin 8-ci dəfə həbs olunması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

“Qafqazinfo”ya açıqlamasında o bildirib ki, həbs olunan Samir Tahirzadə şairin nəticəsi deyil:

“Həbs olunan şəxs Sabirin qardaşının nəticəsidir. O şəxsin şairlə əlaqəsi yoxdur. Baxmayaraq ki, bizimlə eyni soyadı daşıyır, o da tahirlərdəndir, amma şairin nəticəsi deyil. Onun Sabirə aiddiyyatı yoxdur. Sabirin qardaşına aiddiyyatı var”.

Qeyd edək ki, bir neçə ay əvvəl 8-ci dəfə narkotikaya görə həbs olunan Samir Tahirzadənin şair Mirzə Ələkbər Sabirin nəticəsi olması ilə bağlı xəbəri report.az saytı yayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!