26 May, 2015
Daha bir iş adamı həbs olundu

“City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovun Beynəlxalq Banka kredit borcu var

“City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.

R. Bəkirovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R. Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.

R. Bəkirovun Azərbaycan Beynəlxalq Banka kredit borcunun olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!