26 May, 2015
İmtahan nəticələri axşam saatlarında açıqlanacaq

Tələbə Qəbuıu üzrə Dövlət Komissiyası I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş imtahan nəticələrini bu gün elan edəcək.
Komissiyadan Simsar.az-a verilən məlumata görə, 24 may tarixində I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nətəciələrinin axşam saatlarında elan olunması nəzərdə tutulur.
Nəticələr elan olunduqdan sonra hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!