26 May, 2015
SQK işini başa çatdırıb

TQDK-nın Ağcabədi Regional Bölməsi tərəfindən təşkil olunmuş səyyar SQK-lar öz işini başa çatdırıb
Tələbə Qəbulu üzrə Dövlət Komissyasından Simsar.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə, eləcə də, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün TQDK-nın Ağcabədi Regional Bölməsi tərəfindən təşkil edilmiş səyyar SQK öz işini yekunlaşdırıb. Belə ki, 05 – 18 may 2015-ci il tarixlərində, qrafik üzrə Ağcabədi RB-nin əməkdaşları tərəfindən Bərdə, Ağdam, Füzuli, Tərtər, Beyləqan və Zərdab rayonundan olan 185 nəfər abituriyentə yaşadıqları rayonda xidmət göstərilib. Bunlardan 94 nəfəri ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə, 66 nəfəri isə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrini təsdiqlətdirmək üçün, 25 nəfər abituriyent isə sənəd qəbulu və qəbul kompaniyasının digər mərhələləri ilə bağlı müraciət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!