26 May, 2015
Blatter “Qarabağ”ı təbrik etdi

FIFA-nın prezidenti Yozef Blatter Topaz Premyer Liqasının qalibini təbrik edib. Simsar.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması,  gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!