26 May, 2015
“Şamaxinka”da sərnişin avtobusu yanır - Foto

Paytaxtda avtobuslardan birində yanğın baş verib.

Simsar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Hadisə şahidlərinin sözlərinə görə, paytaxtın “Şamaxinka” adlanan ərazisində “135” nömrəli avtobus yanmağa başlayıb. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!