26 May, 2015
Rəşad Dağlı “Maşın”dan stilist Anarı uzaqlaşdırdı - VİDEO

Şouda final başladı.

“Maşın” realiti şousunun növbəti buraxılışı baş tutub.

Simsar.Az xəbər verir ki, iştirakçıların gizli səsverməsi nəticəsində meyxanaçı Rəşad Dağlı yarışmanı tərk etməyə namizəd olub.

Rəşad səs toplayacağı təqdirdə stilist Anar Ağakişiyevi oyundan uzaqlaşdıracağını deyib.

Şounun sonunda 51,11 faiz səs toplayan meyxanaçı əvvəlcədən hədəf olaraq açıqladığı stilist Anar Ağakişiyev oyundan kənarlaşdırıb.

“Çox həyacanlıyam.Danışa bilmirəm.Mənə dəstək olan səs verənlər və Azərbaycan xalqı qarşısında baş əyirəm. Hədəfim dəyişməyib. Anar Ağakişiyev”, - deyə Rəşad Dağlı bildirib.

Beləliklə “Maşın” realiti-şousunda artıq final mərhələsi başlayıb.

Finala qalanlar meyxanaçı Rəşad Dağlı, müğənni Xatirə İslam və müğənni Samir Cavadzadədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!