26 May, 2015
Azərbaycanda zəlzələ

Azərbaycanda zəlzələ baş verib.

Simsar.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 06.20-də Goranboyda qeydə alınıb.

Təkanlar yerin 32 km dərinliyində, 4,7 bal gücündə qeydə alınıb.

ANS PRESS-ə daxil olan məlumatlara əsasən zəlzələ Gəncə, Mingəçevir və Şəkidə hiss olunub.

Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də Xəzər dənizinin Azərbaycan massivində baş vermişdi. Mayın 19-da ə 3.2 bal gücündə baş vermiş yeraltı təkanlar dənizin 45 km dərinliyində qeydə alınmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!