26 May, 2015
Aparıcının özbaşınalığı baha başa gəldi

Danimarkada radio aparıcısı dovşanı canlı yayımda öldürüb.

Simsar.az-ın məlumatına görə, belə özbaşnalıqla Aqser Yul daniyalıların heyvanların hüququnun qorunmasına ikiüzlü münasibətini isbatlamaq istəyib.

“Danimarkalılar hər gün ət yeyir, lakin ölüm ideyasını götürə bilmirlər. Bu (ölü dovşan)- iştrak etməsi vacib olan diskusiyanın bir elementidir”- deyə Yul baş verənlərdən sonra bildirib.

9 aylıq dovşanın adı Alan idi. Yulun dedyinə görə heyvan güvəc hazırlanması üçün kəsilir.

Lakin Yul nə qədər insanlara hansısa “humanist” mesaj vermək istəsə də bu onun özünə qarşı çevrilir. Hadisədən sonra ölkədə həqiqətən də söz-söhbət qalxır, lakin gözlənilmədən “ət yeyənlərə” yox Yula qarşı. Krallığın vətəndaşları həm KİV-də həm də sosial şəbəkələrdə öz başına aparıcının hərəkətlərinə haqq qazandırmayıblar.

Qeyd edək ki, aparıcılar müəyyən bir kütləyə təsir etmə qüvvəsinə malikdirlər ki, bu onların bəzilıərində “həmişə haqqlı mənəm” eyfariyası yaradır. Nəticədə heç də ilk dəfə baş verməyən belə qalmaqallar onların cəmiyyət qarşısında hörm ətini yerə salır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!