25 May, 2015
Ancey Duda Polşanın yeni prezidenti seçilib

Polşanın ən böyük müxalifət partiyası olan “Qanun və ədalət” partiyasının namizədi Ancey Duda ölkənin yeni prezidenti seçilib.

Simsar.az-ın məlumatına görə, bu haqda Dövlət Seçki Komissiyası rəsmi məlumat yayıb.

Mayın 24-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunun yekunlarına görə, bütün bülletenlər sayılıb qurtardıqdan sonra Ancey Dudanın 51,55 faiz səs topladığı müəyyənləşib. Hazırkı prezident Bronislav Komorovski isə 48,45 faiz səs yığa bilib.

Seçkilərin bu turunda seçicilərin 55,34 faizi iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!