25 May, 2015
Ukraynada müharibə yenidən başlayır

Rostov vilayətində Ukrayna sərhəddinin yaxınlığında Rusiyaya məxsus hərbi karvan, xüsusilə də “Uraqan” raket sistemi müşahidə olunub.

Simsar.az-ın məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.

Məlumata görə nömrəsiz hərbi maşınlardan ibarət karvan mayın 24-də Matveev Kurqan şəhərinə, ordan isə Ukrayna sərhəddinə doğru hərəkət edib.

Rusiyapərəst separatçılar bazar günü Donetsk vilayətindəki Şirokino kəndi istiqamətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.

Bir neçə saat davam edən döyüşdə 1 Ukrayna əsgəri həlak olub, 2-si isə yaqralanıb.

Ukrayna ordusunun məlumatına görə separatçılar sutka ərzində atəşkəs rejimini 16 dəfə pozublar.

Öz növbəsində separatçılar mövqelərinin 43 dəfə atəşə tutulduğunu deyirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!