25 May, 2015
Ermənilər Azərbaycan ərazilərini yandırdılar - VİDEO

Ermənistan tərəfi işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.

Simsar.az-ın Ans TV-ə istinadən məlumatına görə, yanğının ordumuzun nəzarətində olan Tərtər rayonunun Qapanlı kəndinin ərazisinə keçməsinin qarşısını almaq məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Kənd sakinləri bildiriblər ki, yanğın zamanı təmas xəttində çoxsaylı partlayış səsləri eşidilib. Yanğının səbəb olduğu tüstü dumanı tək buradan deyil, eyni zamanda qonşu – Bərdə, Ağdam rayonlarını Tərtərlə həmsərhəd kəndlərindən də müşaiyət etmək mümkün olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tərtər yanğından mühafizə idarəsinin yanğınsöndürən briqadaları da kənddədirlər.

Yanğınsöndürənlər yanğının kəndin ərazisinə keçməməsi üçün bütün lazımi tədbirlər görürlər. Hələlik yanğın Tərtərin işğal altında olan Seyid Sulan kəndi ərazisindədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!