25 May, 2015
"Blatter getməlidir" - PLATİNİ

UEFA-nın prezidenti Mişel Platini FİFA-ya prezident seçkilərində İordaniya şahzadəsi Əli bin Əl-Hüseynə dəstək olacağını açıqlayıb.

Simsar.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, FİFA rəhbərliyində dəyişikliyə ehtiyac duyulduğunu deyib:

"Prezident seçkilərində Əli bin Əl-Hüseyni dəstəkləyəcəm.  Blatter prezidentlik vəzifəsindən getməlidir. FİFA-dakı bu dəyişiklik qurumun xeyrinə olacaq".

Qeyd dək ki, prezident seçkisi mayın 29-u keçiriləcək. FİFA prezidentliyinə namizədlər Yozef Blatter və İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyndir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!